Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Atəşkəsin pozulduğu Ağdam kəndindən video

13-07-2020, 10:46 Baxış: 105
Atəşkəsin pozulduğu Ağdam kəndindən video
Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar.
 Azərbaycan Müdafiə Nazirliyinin bu gecə yaydığı rəsmi məlumata əsasən, Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir. Real TV bu gün səhər saatlarında təxribatın törədildiyi Ağdam kəndində olub, canlı bağlantı həyata keçirib.
 
Məlum olub ki, həmin ərazidə düşmən tərəfin açdığı artilleriya atəşlərini eşitmək mümkündür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, Ermənistan tərəfinin dünənki təxribatı nəticəsində Azərbaycan 3 şəhid verib, qarşı tərəfin də itkiləri var.
https://www.facebook.com/watch/?v=949454502220939