Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Xırdalanda qətllə nəticələnən kütləvi davada yaralı sayı 3-ə çatıb

26-07-2020, 08:24 Baxış: 678
Xırdalanda qətllə nəticələnən kütləvi davada yaralı sayı 3-ə çatıb
Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş qanlı insidentin bəzi təfərrüatları məlum olub.
 
Şəhərin Mirzə İbrahimov küçəsində bir neçə şəxs arasında qeydə alınmış kütləvi dava zamanı daha bir nəfərin xəsarət aldığı dəqiqləşib.
 
Belə ki, hadisə zamanı qətlə yetirilən Məmməd Məmmədovun qardaşı Xəlil Məmmədov da xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir.
 
Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.

Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.