Bakı C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR2,0494
  • RUB0,0230
  • NEFT$59,34
^
XƏBƏR LENTİ

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək - VİDEO

17-01-2021, 22:06 Baxış: 31
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək  -  VİDEO
Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək "Qış təlimi-2021”də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək.
 
Bu barədə "Altaba" Müdafiə Nazirliyinə istinadən xəbər verir. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.
Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq "Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər.
Araz çayı üzərindəki "Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.