Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video

20-09-2021, 14:39 Baxış: 77

Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video
Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.
 
Bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb. İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib. Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
 
                                           ***
 
Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 10-dan çox insan yaralanıb.
Bununla yanaşı, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs saxlanılıb.
 
                                           ***
 
Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti universitetin tələbələrindən biri törədib. Həmçinin qeyd olunur ki, atışma zamanı 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
 
                                          ***
 
"112" teleqram kanalının məlumatına görə, insidenti törədən şəxs 18 yaşlı Timur Bekmansurovdur. İlkin məlumata görə, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir.
O bu yaxınlarda sosial şəbəkələrdə öz planı və silahı necə almasına dair paylaşım edib. Sözügedən paylaşım hazırda silinib.
 
                                          ***
 
İstintaq Komitəsinin məlumatına görə, atışma nəticəsində həlak olanların sayı 8-ə çatıb.
 
                                          ***
Səhiyyə Nazirliyi azı 19 nəfərin xəsarət aldığını bildirir.
 
                                          ***
Rusiya Prezidenti Vladimir Putin silahlı hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
"Prezident bu hadisə nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir”, - deyə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.