Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı

27-09-2021, 12:00 Baxış: 86
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı
Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
 
Saat 12:00-da ölkənin bütün şəhər və rayonlarında insanlar yerində dayanaraq dualar oxuyub, sürücülər avtomobillərinin hərəkətini dayandıraraq siqnal veriblər.
 
Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.
 
Qeyd edək ki, bu ildən başlayaraq 27 sentyabr tarixi hər il Anım günü kimi qeyd ediləcək.