Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Gələcəyin motosikli - VİDEO

15-10-2016, 20:40 Baxış: 382
Gələcəyin motosikli - VİDEO
BMW şirkəti markanın yüzilliyi münasibətilə gələcəyin motosikli sayılan Motorrad Vision Next 100 modelinin konseptini təqdim edib.
Motosikletin çərçivəsi arxa və ön təkərləri birləşdirən bir elementdən ibarətdir.
O, motosiklə müasir motosikletlərdə istifadə olunan birləşdirici elementlərsiz dönməyə imkan verir. Sükanın dönüşü bütün konstruksiyanın həndəsəsini dəyişir və motosikli lazımi tərəfə döndərir. Prototip ekoloji təmiz motor köməyilə çalışır.
Oturacaq, çərçivənin üst örtüyü və qanadlar karbondan hazırlanıb. Bununla belə, konsept-bayk displey, kabellər və düymələr kimi elementlərdən demək olar ki, məhrum olub. Sürücü və motosiklet arasında informasiya mübadiləsi bir cüt linzadan ibarət xüsusi vizorun köməyilə həyata keçirilir.
Eynəyin funksiyalarını idarəetmə isə sürücünün göz hərəkətləri sayəsində mümkündür. Onu yuxarı və ya aşağı istiqamətləndirərək, görüntünü dəyişmək olar.