Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Türkiyə Rusiyanın Dağlıq Qarabağa dair sülh danışıqlarındakı vasitəçiliyini müsbət qiymətləndirir - Çavuşoğlu

1-12-2016, 19:36 Baxış: 261
Türkiyə Rusiyanın Dağlıq Qarabağa dair sülh danışıqlarındakı vasitəçiliyini müsbət qiymətləndirir - Çavuşoğlu
Türkiyə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesindəki vasitəçiliyini müsbət qiymətləndirir. 
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Rusiyalı həmkarı Serqey Lavrov ilə keçirdiyi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, Türkiyənin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı roluna hörmətlə yanaşır.  
Serqey Lavrov Türkiyə-Rusiya Federasiyası Ortaq Strateji Planlaşdırma Qrupunun 5-ci iclasında iştirak etmək üçün dekabrın 1-də Türkiyənin Antalya şəhərinə gəlib. 
Mövlud Çavuşoğlu  Suriya, İraq və Aralıq dənizi məsələlərində Tükiyə-Rusiya əməkdaşlığı xüsusi əhəmiyyət daşıdığını açıqlayıb.  "Suriyada vəziyyət göz qabağındadır.  Bu ölkəyə hümanitar yardım edilməlidir", deyə o, əlavə edib. 
Türkiyənin xarici işlər naziri həmçinin, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında Türk axın qaz lahiyəsi və Akkayu nüvə stansiyanın vacib rol oynadığını vurğulayıb. 
"Türkiyə və Rusiya arasında əməkdaşlığın inkişafı bütün regiona müsbət təsir göstərəcək. Biz Lavrov ilə əməkdaşlıq məsələlərini müzakirə etdik", - deyə Çavuşoğlu bildirib.