Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

İSTANBULDA BAŞ VERMİŞ PARTLAYIŞLARDA 29 NƏFƏR ÖLÜB, 166 NƏFƏR XƏSARƏT ALIB, 10 NƏFƏR SAXLANILIB - FOTO

11-12-2016, 07:00 Baxış: 181

İSTANBULDA BAŞ VERMİŞ PARTLAYIŞLARDA 29 NƏFƏR ÖLÜB, 166 NƏFƏR XƏSARƏT ALIB, 10 NƏFƏR SAXLANILIB - FOTOTürkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb.Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib."Bu iki partlayışlarda millətimizə üzülərək və içimiz yanaraq bəyan edirik ki, hazırda 29 şəhidimiz var" – deyə nazir bildirib.O, qeyd edib ki, ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır.Nazirin sözlərinə görə, hadisə zamanı 166 nəfər xəsarət alıb. Yaralılardan 23-nün vəziyyəti ağırdır. Hazırda onlar əməliyyat olunurlar. Nazir həmçinin bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb. Səhiyyə Nazirliyi isə yaralılardan 3-nün vəziyyətinin kritik olduğunu bildirib.Partlayışlardan biri bomba yüklü avtomobil, digəri isə kamikadze tərəfindən törədilib.Qeyd edək ki, dünən axşam, yerli vaxtla saat 23:30 radələrində İstanbul şəhərinin Beşiktaş rayonunda dalbadal iki partlayış baş verib. Terror aktlarının əsas hədəfi polis əməkdaşları olub.