Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

21-12-2016, 12:13 Baxış: 141

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze gələn il Azərbaycana səfər etməyi planlaşdırır. 

Bu barədə İrakli Kobaxidze özü məlumat verib.

Parlament sədri deyib ki, bununla əlaqədar artıq hazırlıq işlərinə başlanılıb.

"Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var. Bizim dövlətlərimiz arasındakı münasibətlər də çox yüksək səviyyədədir. Yeni seçilmiş Parlament bu əlaqələri daha da genişləndirmək üçün səylərini artıracaq”, - Kobaxidze əlavə edib.

Parlament sədri bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Biz dövlətlərimiz, xalqlarımız və parlamentlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, möhkəmləndirməyə çalışacağıq”.

O, Milli Məclisin deputatlarının beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq etdiklərini xüsusi vurğulayıb və deyib ki, Gürcüstan tərəfi parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır.