Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Həsən Ruhani yenidən İran prezidenti seçildi

20-05-2017, 11:38 Baxış: 285
Həsən Ruhani yenidən İran prezidenti seçildi

 

Ötən gün İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Xarici media xəbər verir ki, İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahının rəhbəri Əli Əsgər Əhmədinin verdiyi məlumata görə, indiyədək 41 milyonadək bülleten sayılıb.

O bildirib ki, seçicilərin 22 milyon 796 min 468-i (56.88 faiz) hazırki dövlət başçısı Həsən Ruhaniyə, 15 milyon 452 min 194-ü (38.56 faiz) İbrahim Rəisiyə səs verib.

Səslərin 455 min 211-i (1.14 faiz) Mustafa Mirsəlimə, 210 min 597-si ( 0.53 faiz)  isə Haşimi Təbayə verilib.  Az bir qisim sayılmayan bülleten qalıb. Hazırda həmin  bülletenlərin sayılması prosesi davam edir.
Ancaq artıq Ruhaninin İran prezidenti seçildiyini söyləmək olar.