Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Keçmiş prezident çadırda yaşayacaq

8-06-2016, 14:53 Baxış: 306
Keçmiş prezident çadırda yaşayacaq

"Nə qədər lazım gələrsə, burada o qədər də olacam ki, bu yolun təmiri yekunlaşdırılsın"

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Odessa-Reni trassında təmir işləri bitənə kimi, o, yolun yaxınlığında çadırda işləyəcək.

Trassda quraşdırılan çadırın üzərində "Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti" yazılıb.

"Nə qədər lazım gələrsə, burada o qədər də olacam ki, bu yolun təmiri yekunlaşdırılsın",- deyə Saakaşvili bildirib.

O qeyd edib ki, işlərin intensivliyi və maliyyələşdirilməsindən narazıdır.

Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2015-ci ilin may ayında o, Odessa vilayəti Dövlət Administrasiyasının başçısı təyin olunub. Bundan əvvəl prezident Petro Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığı alıb.

 Keçmiş prezident çadırda yaşayacaq
Tezis.Az