Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

İran generalı Mosulda həlak oldu

27-05-2017, 16:50 Baxış: 292
İran generalı Mosulda həlak oldu
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri general Qasım Süleymaninin müşaviri general Şaban Nəsiri Mosulda gedən döyüşlərdə həlak olub.
Bu barədə "Assoşieyted Press” agentliyi İraq məmurlarından birinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Süleymaninin müşavirinin öldürülməsi İranın Mosuldakı komandirləri arasında ən böyük itkidir. Onun sözləriunə görə, Nəsiri cümə günü şəhərin qərb hissəsi uğrunda gedən döyüşlər zaman baş verən partlayış nəticəsində həlak olub. Qeyd edək ki, Qasım Süleymani SEPAH-ın Əl Qüds bölməsinə və İranın İraqdakı hərbi müşavirlərinin işinə rəhbərlik edir.