Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Rusiya qarışdı: Əhali küçələrə axışdı, kütləvi həbslər - Video

12-06-2017, 19:50 Baxış: 565
Rusiya qarışdı: Əhali küçələrə axışdı, kütləvi həbslər - Video
Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb.
Mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulur.
Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilir.
Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.
Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib.
Moskvada isə mitinqə Saxarova prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.
Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri
Aleksey Navalnıdır. 
***
Rusiya hüquq mühafizə orqanları aksiyaçılara qarşı hərəkətə keçib. Kazandakı mitinqdə 5 nəfər saxlanılıb. Norilsk şəhərində isə saxlanılanların sayı 10-u keçib. Vladivostokda da həbslər artmağa başlayıb. Şəhərdə həbs olunanların sayı 20 nəfərdən çoxdur. Bunlardan 3-ü yetkinlik yaşına çatmayanlardır. Şəhərdə saxlanılardan biri polisə hücumda şübhəli bilinir. Aksiyaya qatılan aktivistlərdən biri kazaklar tərəfindən vəhşicəsinə döyülüb. Moskvada da həbslər müşahidə edilir. Burada həbs edilənlər arasında yetkinlik yaşına çatmayanlar var. Həbs olunanların sayı sürətlə artır. Hələlik bu say 11 nəfərə yaxınlaşır. Peterburq şəhərində korrupsiyaya qarşı mübarizə üzrə mitinqin təşkilatçısına hədə-qorxu gəlinib. Burada saxlanılanların sayı 50 nəfəri keçib. 
***
Peterburqda həbs olunanların sayı 150-yə çatıb. Saxlanılanlar arasında deputat Maksim Reznik də var. Moskvada isə 97 nəfər həbs olunub. Qeyd edək ki, Navalnı hakimiyyətin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina etdiyi üçün aksiyadan az öncə evinin blokunda həbs edilib.