Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

TÜRKİYƏ HƏRBİ QÜVVƏLƏRİ 16 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

18-06-2017, 11:03 Baxış: 216
 
 TÜRKİYƏ HƏRBİ QÜVVƏLƏRİ 16 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİBTürkiyə Hərbi Qüvvələri son sutka ərazində ölkə ərazisində və onun xaricində keçirdiyi antiterror əməliyyatı çərçivəsində 16 terrorçunu zərərsizləşdirib.

 "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhv edilmiş terrorçular arasında Türkiyənin hakimiyyət orqanlarının axtardığı cinayətkarlar da var. Türkiyə Hərbi Hava Qüvvələrinin terrorçuların İraqın Zap bölgəsindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində PKK-nın 6 silahlısı məhv edilib. Daha 5 terrorçu Nirva Şeyt dağları ərazisində öldürülüb.

Bununla yanaşı, Ərzurumda 3, Hakkari və Diyarbəkir vilayətlərində 1 terrorçu məhv edilib. Siirtdə PKK-nın 2 terrorçusu silahı yerə qoyaraq təslim olub.