Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

RUSİYADA İÇƏRİSİNDƏ AZƏRBAYCANLILARIN DA OLDUĞU MİKROAVTOBUS AŞIB, 2 NƏFƏR ÖLÜB

24-07-2017, 06:38 Baxış: 277

RUSİYADA İÇƏRİSİNDƏ AZƏRBAYCANLILARIN DA OLDUĞU MİKROAVTOBUS AŞIB, 2 NƏFƏR ÖLÜBRusiyanın Stavropol əyalətində baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 22-si Budennovski rayonunda baş verib.

Stavropol istiqamətində hərəkətdə olan mikroavtobusun yolda təkəri buraxıb və sürücü idarəetməni itirərək avtobusu yol kənarına çıxarıb və o, aşıb.

Yol qəzası nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Mikroavtobusda rusiyalılardan savayı daha iki Azərbaycan vətəndaşı, həmçinin sürücü özü azərbaycanlı olub.

Polisin məlumatına görə, sürücü indiyə kimi yol hərəkəti qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunmayıb.