Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Erməni mahnısı onları tənqidlərə məruz qoydu - VİDEOLAR

Erməni mahnısı onları tənqidlərə məruz qoydu - VİDEOLAR
Türkiyənin məşhur simalarının tez-tez erməni mahnısı paylaşması azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır.
Onlar öz etirazlarını məşhurların rəsmi səhifələrində bildirirlər.
Son günlər isə mediada və sosial şəbəkədə "Duz tökmə” hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk aşpaz Nüsrət Gökçenin paylaşdığı video olub.
Videoda Nüsrət ermənilərin "Mi gna” mahnısının sədaları altında rəqs edib. Görüntülər iyun ayında çəkilib paylaşılsa da, hələ də azərbaycanlılar tərəfindən tənqid olunur.
Minlərlə həmvətənimizin etirazından sonra Nüsrət sözügedən görüntüləri silib.
Bir müddət öncə məşhur müğənni Özcan Dənizin erməni mahnısı oxuyarkən çəkilmiş görüntüləri yayılıb. Onun proqramların birində qonaq olarkən erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən "Kamança" adlı mahnını ifa etməsi birmənalı qarşılanmayıb. Azərbaycanlılar, xüsusilə, sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildiriblər. Onlar eyni zamanda "Kamança"nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun "Dağlar" mahnısından oğurlandığını qeyd ediblər. Özcan isə sözügedən görüntülərin 7 il öncəyə məxsus olduğunu bildirib və Azərbaycan xalqından üzr istəyib.
May ayında isə Özcan erməni müğənni Super Sakonun "Mi gna” mahnısını ifa edərkən çəkilən görüntülərini yayıb.
İfaçı makiyaj olunarkən erməni mahnısının sədaları altında əylənib.
Dənizin bu addımı yenidən azərbaycanlıları özündən çıxarıb. Şəbəkə istifadəçiləri müğənninin səhifəsində iradını bildiriblər.
Özcan etirazlardan sonra videonu silib.
Türkiyənin məşhur "İşte benim stilim" müsabiqəsində Simay Tokatlı adlı iştirakçı podiuma erməni mahnısı sədaları altında çıxıb.
O, "Mi Gna" mahnısı səsləndikdən sonra digər iştirakçılarla rəqs edib. Rəqs edənlər sırasında azərbaycanlı iştirakçı Dəniz Sərxanova da olub.
Sərxanova tənqid olunsa da, bu addımı haqda açıqlama verməyib.
Azərbaycanlı müğənni Aytac Bərdəlinin ifa etdiyi "Balam” mahnısı da erməni mahnısı olduğu məlum olub. Belə ki, Aytacın repertuarına daxil etdiyi "Balam” adlı mahnının erməni musiqisinin plaqiatıdır. Mahnının orijinal versiyası 4 il bundan əvvəl erməni müğənni Vaçe Amaryan tərəfindən ifa edilib.
Müğənninin prodüseri isə açıqlamasında Aytacın sözügedən bəstənin erməni mahnısı olduğunu bilmədən ifa etdiyini, hazırda repertuarından çıxardığını deyib.