Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Azərbaycandan keçən 213 kilo heroin Gürcüstanda tutuldu

13-06-2016, 19:21 Baxış: 256

Azərbaycandan keçən 213 kilo heroin Gürcüstanda tutuldu 

Gürcüstanın Batumi limanının gömrük xidməti əməkdaşları xüsusi saxlanc yerində böyük çəkidə heroin gizlədilmiş trayleri saxlayıb.

Gürcü KİV-lərinin yaydıqları məlumata görə, traylerin sürücüsü Hollandiya vətəndaşıdır. Avtomobil İrandan Azərbaycan ərazisinə daxil olub, buradan tranzit hərəkət edərək Gürcüstan ərazisinə keçib. Traylerin marşrutu Batumi limanından bərə ilə Ukraynaya hərəkət etmək idi. KİV heroinin 178 kiloqram olduğunu yazıb (virtualaz.org).

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada isə yükün 213 kiloqram olduğu bildirilir. Məlumatda deyilir ki, Batumi liman gömrükçüləri yükü iyunun 12-də yük maşınının qoşqusunda yerləşən xüsusi saxlanc yerində aşkarlayıb. Narkotik maddə hərəsində 600 qram olmaqla 356 bağlamada yerləşib. Faktla bağlı cinayət işi qaldırılıb, traylerin sürücüsü saxlanılıb.