Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Ərdoğandan Putinə məktub

14-06-2016, 15:07 Baxış: 417
Ərdoğandan Putinə məktub 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. 
Tezis.az "Ria Novosti"yə istinadən xəbər verir ki, məktubda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edən Ərdoğan yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiq olduğu səviyyəyə çatacağına ümid etdiyini bildirib: "Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Rusiya və Türkiyə arasında münasibətlər qarşıdakı dövrdə layiqli səviyyəyə qalxacaq”.