Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

"Pakistan hər zaman Azərbaycanın yanındadır"

14-06-2016, 17:17 Baxış: 238
"Pakistan hər zaman Azərbaycanın yanındadır"zərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının xarici işlər katibi ilə görüşüb və etimadnaməsinin surətini ona təqdim edib.
Səfirlikdən Tezis.az-a verilən məlumata görə, Pakistan Xarici İşlər Nazirliyində (XİN) keçirilmiş görüşdə xarici işlər katibi səfiri təytinatı münasibətilə təbrik edərək, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib.
Xarici işlər katibi iki ölkənin rəhbərləri və xalqları arasında mövcüd olan səmimi dostluq münasibətlərini vurğulayaraq Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə Pakistan XİN-nin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Səfir dost və qardaş ölkə olan Pakistana səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. Ə.Əlizadə Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə Pakistan İslam Respublikasının verdiyi dəstəyin hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib və göstərilən ədalətli yanaşmaya, səmimi diqqətə görə təşəkkür edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.