Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

EUR UCUZLAŞIR, GBP BAHALAŞIR, QIZILDA QEYRİ-MÜƏYYƏNLİK

30-10-2017, 10:36 Baxış: 223
EUR UCUZLAŞIR, GBP BAHALAŞIR, QIZILDA QEYRİ-MÜƏYYƏNLİK
Bu həftə önəmli fundamental məlumatlarla zəngdir. Avronun qiymətində ucuzlaşma 1.15$-a kimi davam edə bilər.
Avropa Mərkəzi Bankının yumşaq pul-kredit siyasəti müddətini 2018-ci ilin sentyabr ayına kimi uzatması qərarı, foreks bazarlarında EUR/USD məzənnəsinin 1.1574$-a kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, avro/dollar valyuta cütlüyünün qiyməti 1.1700$-ın altında qaldıqca, eniş dalğası 1.1470$-a kimi də davam edə bilər.
Eyni zamanda, Avrozonada çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq inflyasiya, işsizlik və iqtisadi inkişaf səviyyələri ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.
İngiltərə Mərkəzi Bankının faiz qərarı öncəsi funt bahalaşır.
Dünya valyuta birjalarında keçən həftə ərzində avronun ucuzlaşmağa başlamasından sonra funtun qiymətində də 1.3069$-a kimi ucuzlaşmanın şahidi olsaq da, yeni həftənin ilk sessiyasında qiymətin 1.3143$-a kimi bahalaşdığı müşahidə edilir.
Bahalaşmaya səbəb isə cümə axşamı saat 16:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankı tərəfindən uçot faiz dərəcəsi ilə bağlı qərarda 0.25%-dən 0.50%-a kimi artım gözləntiləridir. Qiymət 1.3188$-a kimi bahalaşaraq, bu səviyyənin üzərində qalarsa, artım dalğasının 1.3261$ və 1.3341$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır. USD/TRY məzənnəsində korreksiya. USD/TRY məzənnəsi də 3.84TL-ə kimi bahalaşdıqdan sonra 3.78TL-ə kimi ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında dolların ucuzlaşması 3.77TL-ə kimi davam edərsə və bu səviyyənin altında ticarət edilərsə, məzənnə 3.73TL-ə kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı və cümə günü saat 11:00-da müvafiq olaraq açıqlanacaq Türkiyənin xarici ticarət dövriyyəsi və inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir. Brent nefti 63$-a kimi bahalaşa bilər. Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 60.55$-a kimi bahalaşdıqdan sonra 63.56$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.
Amerikanın neft ehtiyatlarının azalması, neftə olan tələbin artmasına işarədir və bu, qiymətlərin də bahalaşmasına təsir edir.
Qızıl qiymətlərində qeyri-müəyyənlik davam edir.
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1263$-a (40.5 $/qram) kimi ucuzlaşdıqdan sonra 1274$-a (40.9 $/qram) kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət yenidən 1263$-a kimi ucuzlaşarsa, eniş dalğası 1252$-a (40.2 $/qram) kimi də sürətlənə bilər.