Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Rusiya və Yaponiya sülh sazişini müzakirə edəcəklər

17-06-2016, 08:22 Baxış: 307
Rusiya və Yaponiya sülh sazişini müzakirə edəcəklər

 Rusiya və Yaponiyanın rəsmi şəxsləri iyunun 22-də Tokioda iki ölkə arasında sülh sazişinin problemlərinə dair danışıqlar aparmaq niyyətindədirlər.  

Tezis.Az-ın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın XİN rəhbəri Fumio Kisida bildirib. 

"Mən perspektivli və məhsuldar danışıqların aparılacağına ümid edirəm”, - deyə Kisida bildirib.   

Onun sözlərinə görə, görüşdə Yaponiya hökumətinin Rusiya ilə danışıqlarda xüsusi nümayəndəsi Tikahiro Harada və Rusiya XİN rəhbərinin müavini İqor Morqulov iştirak edəcək.