Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb

20-06-2016, 15:09 Baxış: 228
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıbAzərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya aparılıb. Təlimlər iyunun 30-dək davam edəcək.