Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Türkiyə-Suriya sərhədində türk hərbçisi şəhid olub

23-01-2018, 00:43 Baxış: 270
Türkiyə-Suriya sərhədində türk hərbçisi şəhid olubTürkiyə-Suriya sərhədində türk hərbçisi şəhid olub. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, əsgər Kilis vilayətinin Gülbaba kəndi yaxınlığında terrorçularla atışma zamanı həlak olub.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.