Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb

18-02-2018, 12:00 Baxış: 315
İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb

İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

Bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

Qəza zamanı sağ qalan olmayıb. 

***

saat 12.04

İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

  "Tasnim" agentliyinin verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb. 

***

saat 11.38

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Göyərtəsində 60 sərnişin və heyət üzvləri olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuç aviareysini yerinə yetirdiyi açıqlanıb.