Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

O, Türkiyənin ən zəngin adamı seçildi

1-03-2018, 18:23 Baxış: 341
O, Türkiyənin ən zəngin adamı seçildi
"Forbes” jurnalı Türkiyənin ən zəngin adamlarının siyahısını açıqlayıb.
Yeni hazırlanan reytinqdə ilk yeri "Yıldız holdinq”in sahibi Murad Ülkər tutub.
İş adamının sərvətinin 4,8 milyard dollar olduğu bildirilib.
Murad Ülkərin sərvəti keçən illə müqayisədə 1,1 milyard dollar artıb. Ondan sonrakı yerlərdə "Renesans holdinq”in sahibi Erman İlıcak (4 milyard) və "FİBA holdinq”in sahibi Hüsnü Özyeğin (2,9 milyard) qərarlaşıb.
"LC Vaikiki” məşhur geyim şirkətinin sahibi Mustafa Küçük 5-ci pillədə özünə yer edib. Onun sərvəti 2,7 milyard dollardır.
Məşhur mediamaqnat Aydın Doğan isə sərvətini 25 milyon dollar artıraraq 825 milyona çatdırıb.
Bununla o, Türkiyənin 49-cu ən zəngin adamı olub.
Qeyd edək ki, Murad Ülkər əslən Krım tatarıdır.
Maraqlıdır ki, sərvəti 1,5 milyarda yaxın hesab edilən azərbaycanlı milyarder, "Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun adı bu siyahıya düşməyib.