Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək

23-06-2016, 10:29 Baxış: 420
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü iyulun sonu - avqustun əvvəlində Batumidə keçiriləcək.
Bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.
Nazir üç ölkənin nazirliyinin iclasda imzalanacaq memorandum üzrərində çalışdığını qeyd edib:
"Türkiyə müdafiə nazirinin dəyişməsi görüşümüzü bir qədər təxirə saldı. Görüşün iyulun əvvəlində keçirilməsi planlaşdırılırdı, amma o, iyulun sonunda və ya avqustun əvvəlində Batumidə keçiriləcək. Görüşdə memorandum imzalanacaq. Biz bütün məsələlərin birgə həllinə səy göstəririk".