Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Rusiyada Azərbaycan vətəndaşı intihar edib

11-03-2018, 17:21 Baxış: 133

Rusiyada Azərbaycan vətəndaşı intihar edib

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.
Saxalindəki Azərbaycan icmasından Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb.
E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.
Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.