Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

PKK-nın istifadə edə bilmədiyi 25 tank - Bombardman başladı

12-03-2018, 11:04 Baxış: 118

PKK-nın istifadə edə bilmədiyi 25 tank - Bombardman başladı

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı” əməliyyatı başladıqdan sonra PKK terror qruplaşmasının istifadə etməyə fürsət tapmadığı 25 ədəd tankı olduğu üzə çıxıb.

Bu barədə "Yeni Şəfəq” yazıb.

Əsəd rejimindən 2011-ci ildə 13 tank alan PKK sonrakı illərdə ASO-nun nəzarətindəki ərazilərdə aparılan döyüşlər zamanı daha 10 tank oğurlayıb. İranın dəstəklədiyi şiə milislərin hədiyyə etdiyi tanklarla birlikdə isə PKK-nın tanklarının sayı 25-ə çatıb.

Türk ordusu və ASO-nun Afrin istiqamətində irəliləməsi ilə terrorçular həmin tankları cəbhə xəttində istifadə edə bilməyib. Buna səbəb isə TSQ-nın bölgədəki bütün mövqe, sipər və ağır silahları müəyyən edərək aviasiya və artilleriya zərbələri ilə məhv etməsi olub. Belə olan halda PKK əlində olan 25 tankın da məhv edilməsi təhlükəsi qarşısında geri addım adıb.

PKK-nın tanklarının hazırda Afrinin cənub-şərqində terror qruplaşmasının HAT xüsusi təyinatlı dəstələrinin də qaçdığı Buselhaya ərazisində olduğu ehtimal edilir.

Türk aviasiyası sözügedən ərazini artıq bir neçə gündür bombardman edir.