Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib

20-04-2018, 00:47 Baxış: 269
Tbilisinin məşhur restoranlarından birində yanğın baş veribTbilisidəki "Maçaxela” restoranında baş vermiş yanğın lokallaşdırılıb.
Yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib.
Hadisə zamanı restoranda olan şəxslər vaxtında təxliyə olunduğundan xəsarət alan olmayıb. Yanğın nəticəsində təxminən 170 kv. metr sahə yanıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil.
 
***
22.42
 
Tbilisinin mərkəzində restoranda yanğın baş verib Tbilisinin mərkəzində Meydan adlanan ərazidə yerləşən "Maçaxela” restoranında güclü yanğın baş verib. Yanğın restoranın dam örtüyündə başlayıb. Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 10 yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub. Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib. Qeyd edək ki, "Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.
Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib
Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib