Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

Türkiyə xarici işlər naziri Rusiyaya gedir

27-06-2016, 18:05 Baxış: 302
Türkiyə xarici işlər naziri Rusiyaya gedirTürkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iyulun 1-də Rusiyaya səfər edəcək.
Tezis.az türk mediasına istinadən xəbər verir ki, nazir Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak üçün Soçiyə yola düşəcək. O, rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb ikitərəfli münasibətləri müzakirə edəcək. 
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb. O, məktubda Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib.