Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanın dövlət naziri ilə görüşüb

16-06-2018, 22:01 Baxış: 222
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanın dövlət naziri ilə görüşüb
Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf perspektivləri, vətəndaş bərabərliyi, tolerantlıq, multikultural dəyərlər və inteqrasiya məsələləri diqqət mərkəzində olub.
Fuad Muradov Azərbaycanda multikultural dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələr, multikulturalizm haqqında dövlət proqramı və digər aktual məsələlər barədə ətraflı məlumat verib. Soydaşlarımızın bu ölkənin dinamik inkişafı və Avropaya inteqrasiya məsələlərində rolunu xüsusi vurğulayan komitə sədri Gürcüstan dövlətinin milli azlıqlarla bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, bu cür tədbirlər sayəsində mövcud problemlərin həll ediləcəyinə ümidvar olduğunu bildirib. Ketevam Tsixelaşvili Gürcüstanda milli azlıqların hüquqlarının yüksək səviyyədə qorunduğunu, tolerantlıq və bərabərlik prinsiplərinə əməl olunduğunu bildirib. Dövlət naziri, milli azlıqların, o cümlədən azərbaycanlıların təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdəki mövcud problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər, xüsusən 4+1 layihəsi barədə ətraflı məlumat verib. Komitə sədri və nazir qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanın dövlət naziri ilə görüşüb