Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Qonşumuzda dollar kəskin bahalaşdı

26-06-2018, 00:15 Baxış: 394
Qonşumuzda dollar kəskin bahalaşdı
İranda hazırda dollar tapmaq müşkül məsələyə çevrilib.
Bu sözləri İranda növbəti devalvasiyanın baş verməsi haqda danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert bildirib ki, İranda milli valyutanın kursu Türkmənistanda olduğu kimi ikilidir: "Rəsmi kurs dəyişməsə də, yəni 1 dollar 42 min rial olsa da, qara bazarda dolların kursu 65 min rialdan qəflətən 87 min riala qədər yüksəlib. Nəinki ölkədən valyuta çıxarmağa limit tətbiq edilib, hazırda dollar tapmaq sadəcə müşkül məsələyə çevrilib”.
İ.Şaban İran mili valyutasının devalvasiyasının ölkəmizə təsirindən də söz açıb: "Bu, Azərbaycan üçün yaxşı xəbər deyil. Çünki ABŞ-ın sanksiyalarından dolayı İrandan ölkəmizə turist axını azalacaq”.
Qeyd edək ki, İranın milli valyutası rial yenidən devalvasiyaya uğrayıb.
Buna qarşı bu gün İranda aksiyalar da keçirilib.