Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycan və Türkiyə kəşfiyyatından uğurlu əməliyyat - Ankara TƏŞƏKKÜR ETDİ

14-07-2018, 08:52 Baxış: 182
Azərbaycan və Türkiyə kəşfiyyatından uğurlu əməliyyat - Ankara TƏŞƏKKÜR ETDİ
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Azərbaycan və Ukraynadan Fəthullahçı Terror Təşkilatının (FETÖ) iki yüksək vəzifəli imamının Türkiyəyə gətirilməsi üzrə müvəffəqiyyətli əməliyyatları keçirdi.
Bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyənin yeni hökumətinin birinci iclasının nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim milli kəşfiyyat təşkilatımız əməliyyatları bu ölkələrin xüsusi xidmət orqanlarının köməyilə keçirdi.
Bunun üçün onlara təşəkkür edirəm”, - o bildirib. Qeyd edək ki, Türkiyə hakimiyyəti 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə FETÖ lideri Fəthullah Güləni ittiham edir.
Gülən hazırda ABŞ-da yaşayır.