Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Güclü yağış İstanbulda sel və daşqına səbəb olub

25-07-2018, 19:34 Baxış: 173
Güclü yağış İstanbulda sel və daşqına səbəb olub
Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.
Bir çox bölgələrdə yeraltı keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi yollarda insanlar köməksiz vəziyyətə düşüb. Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana gəlib.