Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycanlıların Türkiyədə açdığı telekanalın yayım vaxtı dəqiqləşdi - Komanda yığıldı

31-07-2018, 11:32 Baxış: 170
Azərbaycanlıların Türkiyədə açdığı telekanalın yayım vaxtı dəqiqləşdi - Komanda yığıldı
Türkiyədə "Haber Global" adlı xəbər telekanalı yayım lisenziyası alıb.
Kanal sentyabrın 1-dən fəaliyyətə başlayacaq.
Azərbaycanlı jurnalist Məmməd Gülməmmədov TV-də CEO və baş direktor vəzifəsini icra edəcək. Məmməd Gülməmmədov açıqlamasında deyib ki, kanalın Azərbaycan və digər türkdilli ölkələrdə yayımı da nəzərdə tutulub: "Kanala azərbaycanlı jurnalistlər yox, amma Türkiyədə jurnalistika sahəsində təhsil alan tələbələr dəvət ediləcək. Onların kadr kimi yetişdirilməsində kanalımızın hər cür imkanından istifadə olunacaq. Bir azərbaycanlı, qələm əhli olaraq jurnalistlərimizin peşəkar səviyyəyə çatmasında rol oynamaq istəyirik. Artıq 3-4 il sonra burda yetişmiş azərbaycanlı gənclər televiziyaçı olacaq. Telekanalın idarə heyətinin sədri Elnur Abdullayevin də azərbaycanlı gənc televiziyaçıların yetişdirilməsi ilə bağlı tapşırığı var”. M.Gülməmmədov bildirib ki, "Haber Global" kanalı 350-400 nəfərlik kollektivlə fəaliyyətə başlayacaq: "Bilirsiniz, Türkiyədə xəbər bazarı oturuşmuş sahədir və xəbərçilik anlayışı, kifayət qədər peşəkar xəbər televiziyaları mövcuddur. İlk məqsədimiz onlarla rəqabət apara bilməkdir. Fərqlənəcəyimiz xırda məqam var. Belə ki, "Haber Global”da dil seçənəkləri olacaq. Xəbərləri rus, ingilis, yaxın dövrlərdə isə ərəb dilində təqdim edəcəyik. "Haber Global” sırf Türkiyə üçün hesablanmış kanaldır. NTV, CNN Türk, "A Haber”, "Habertürk” kimi kanallarla rəqabət apara biləcək bir xəbər kanalı qurmuşuq. Komandamız peşəkarlardan ibarətdir, ətrafımıza Türkiyənin çox tanınmış simalarını toplamışıq. Kanalımız hələ fəaliyyətə başlamasa da, media aləmində kifayət qədər səs-küyə səbəb olub. Kanal 350-400 nəfərlik kollektivlə fəaliyyətə başlayacaq. Bu, həm İstanbul mərkəzini, həm Ankara büromuzu, həm də digər regionları əhatə edir. Bu rəqəm Türkiyədəki digər xəbər kanalları ilə müqayisədə demək olar ki, çoxdur. Biz digər regionları da əhatə etməyi düşündük. Sırf agentliklərdən aldığımız məlumatları yayımlamaq yox, həm də kanalımızın inkişafında rol oynaması üçün regionlardakı müxbirlərimizin fəaliyyətinə də üstünlük verdik”. "Haber Global"ın baş direktoru qeyd edib ki, yaxın gələcəkdə telekanalın Bakı ofisi də açıla bilər: "Telekanalın Bakı ofisinin açılması hələ ki planda yoxdur.
Ancaq mütləq Azərbaycan müxbirimiz olacaq.
Bunun üçün artıq bir neçə şəxslə görüşlərimiz olub. Hazırda Azərbaycandakı bir neçə telekanalla əməkdaşlıq üzrə danışıqlar aparırıq. Ölkəmizlə bağlı olan xəbərləri bu şəkildə - öz televiziyalarımızdan alaraq təqdim edəcəyik. Növbəti mərhələlərdə təbii ki, Bakı ofisi ilə əlaqəli fikirlərimiz var”.