Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Putin təhlükəli qanunu imzaladı: narazılıq artacaq

Putin təhlükəli qanunu imzaladı: narazılıq artacaq
Rusiya Prezidenti Vladimir Putin əlavə dəyər vergisinin 18%-dən 20%-ə qədər artırılması haqqında qanunu təsdiq edib.
Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Qeyd edək ki, Rusiya hökuməti bu qanun sayəsində büdcəyə ildə 620 milyard rublun daxil olacağını iddia edir. Büdcəyə daxil olan pulların təhsil, səhiyyə və infrastruktur tikintisinin maliyyələşdirilməsinə xərclənəcəyi vurğulanıb.
Son günlər Rusiyada Putinin reytinqi kəskin şəkildə aşağı enib.
Putinin reytinqinin azalmasına səbəb ölkədə aparılan təqaüd reformları və əlavə dəyər vergisi haqqında yeni qanun olub.
Məhz bu qanunlara görə Rusiyada etiraz aksiyalarına çıxmaq istəyən əhalinin sayı rekord həddə çatıb.