Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"Terror təkcə Türkiyənin deyil, bütün dünyanın problemidir"

30-06-2016, 15:22 Baxış: 505
"Terror təkcə Türkiyənin deyil, bütün dünyanın problemidir"
Dünya terrora qarşı birgə mübarizə aparmalıdır.
Tezis.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu gün terror qurbanlarının xatirəsinin yad edildiyi tədbirdə deyib. Səfir qeyd edib ki, məlum terror hadisələrindən sonra Azərbaycandan Türkiyəyə başsağlığı mesajı gəldi: "Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk. Çox istərdik ki, belə qanlı hadisələr olmasın. Hər dəfə belə hadisələrdən sonra Azərbaycan Türkiyə ilə yüksək səviyyədə hərmrəylik nümayiş etdirib. Türkiyədə baş veren terror hadisəsi alçaq və xaincə olan terror aktıdır. Bir şey bilinməlidir ki, Türkiyə dövləti terrora vərdiş olaraq yaşamalı deyil".
Diplomat sonra qeyd edib: "Terror sadəcə Türkiyənin problemi deyil, eyni zamanda, bütün dünyanın problemidir. Bu terror hadisəsinin hədəfi sadəcə Turkiyə deyil, bütün insanlıqdır. Dolayısıyla bütün bəşəriyyət terrora qarşı birgə mübarizə aparmalıdır.”