Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Türkiyədə möhtəşəm kampaniya: Antalyaya pulsuz bilet

16-08-2018, 01:00 Baxış: 172
Türkiyədə möhtəşəm kampaniya: Antalyaya pulsuz bilet
Türkiyədə yaşanan iqtisadi böhranla əlaqədar xalqın başlatdığı kampaniyalar davam edir.
ABŞ-ın iqtisadi hücumuna qarşı birləşən Türkiyə əhalisinin bu addımlarına bəzi şirkətlər də dəstək verir. Bir çox valyutadəyişmə məntəqəsi isə 400 ABŞ dollarını lirəyə çevirən şəxslərə Antalyada bir həftəlik tətil bileti hədiyyə edir. Türkiyənin tekstil mərkəzi "Merter”də isə dollar köhnə kursla işləyir (1 dollar – 4 lirə).
Üstəlik, orada satılan məhsulların qiymətinə artım tətbiq edilməyib. Bəzi sahibkarlar bunu vətəndaşlıq borcu, ölkənin çətin vəziyyətində vətəndaşa kömək məqsədilə etdiyini bildirib.
Qeyd edək ki, bir qədər əvvəl kiçik ticarətlə məşğul olan bir çox şəxs kampaniya başladaraq, "200 dollar dəyişdirib gələnə tərəvəz pulsuz”, "300 dollar dəyişdirib gələnə hər şey pulsuz” plakatları açıb.