Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

İranda yaralıların sayi 810 nəfərə çatdı - Həsən Ruhani təcili tapşırıqlar verdi - YENİLƏNİB

26-08-2018, 19:29 Baxış: 507
İranda yaralıların sayi 810 nəfərə çatdı - Həsən Ruhani təcili tapşırıqlar verdi - YENİLƏNİB
İrandakı zəlzələ ilə bağlı prezident Həsən Ruhani təcili tapşırıqlar verib.
Ötən gün qeydə alınan yeraltı təkanlar səbəbindən ölən və yaralananların sayının hər saat artması əhali arasında xaos yaradıb.
Prezident Həsən Ruhani ölkənin daxili işlər naziri və Kirmanşah vilayətinin qubernatoruna xəsarət alan şəxslərin ailələrinə dərhal zəruri yardımın göstərilməsi istiqamətində göstərişlər verib. Kirmanşah vilayətinin 8 kəndində elektrik enerjisinin verilişi dayanıb. Vilayətin ətraf rayonlarında içməli suyun verilməsində belə fasilələr yaranıb.
 
***
 
İranda güclü zəlzələnin ardından daha bir təbii fəlakət insanları vahiməyə salıb. Ölkənin cənub-şərqində baş verən güclü qum fırtınası 171 nəfəri xəstəxanalıq edib. Həmin istiqamətdə yerləşən Sistan və Bəlucistan vilayətlərində təyyarə reysləri təxirə salınıb. Məlumatına görə, avqust ayının 20-dən bu günə qədər İranda xəstəxanaya yerləşdirilən insanların sayı 810 nəfəri keçib. Onlar müxtəlif şikayətlərlə- nəfəs yollarında tutulma, göz və ürəklə bağlı müraciət ediblər. Tibb məntəqələrinə və xəstəxanalara müraciət edən 810 nəfərdən 639-u ambulator müalicələrdən sonra evə buraxılıb. Digərləri isə xəstəxanalarda stasionar şəraitdə müalicələrini davam etdirirlər. Hadisə ilə bağlı Qırmızı Xaç təşkilatı tərəfindən zərərçəkənlərə içməli su və zəruri əşyalarla yardım göstərilib. Ölkədə verilən hava proqnozlarına görə, qarşıdakı 3 gün ərzində qum fırtınasının davam edəcəyi gözlənilir. Hökümət əhalini ehtiyatlı olmağa çağırıb. Xatırladaq ki, dünən İranın Kirmanşah vilayəti yaxınlığında baş verən 6,1 bal gücündə zəlzələdə 2 nəfər ölüb, 241 nəfər isə ağır yaralanıb.
 
***
İranın qərbində 6.1 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Kirmanşah vilayətinin Cavanrud şəhərindən 31 kilometr aralıda yerləşdiyini bildirib. İranın "Mehr” agentliyinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 232 nəfər yaralanıb, 2 nəfər isə həlak olub. İraqın "Əl-Sumariyə” kanalı zəlzələnin Bağdad, Kərkük, Süleymaniyə, Diyalə, Dahuk, Ərbil və digər şəhərlərdə də hiss olunduğunu bildirib.
 
***
İranın qərbində zəlzələ nəticəsində zərərçəkınlərin sayı 140 nəfərə qədər artıb. Bu haqda yerli "Press-TV” telekanalı bildirib. "Ən azı bir insan həlak olub və 140-dan çoxu yaralanıb”, - telekanal xəbər verib.
 
***
İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub. Yerli "Press TV" telekanalı məlumat yaydığı məlumatda deyilir ki, ilkin məlumatlara əsasən, təbii fəlakəgt nəticəsində1 nəfər ölüb, 58-i yaralanıb.