Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 mln. nəfəri ötüb

3-10-2018, 11:56 Baxış: 197
Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 mln. nəfəri ötüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənləri sayı 1 094 847 nəfər təşkil edib.
Bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze oktyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana səfər etmiş azərbaycanlı ziyarətçilərin sayında 107 209 nəfər yaxud 10,9% artım qeydə alınıb.
İlin ilk 9 ayı ərzində Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayına görə Rusiyadan (1 109 706 nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 956 076 nəfərlə Ermənistandır. Yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 6 788 377 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən illə müqayisədə 11,2% çoxdur. Əcnəbi ziyarətçilərin 3 772 102 nəfərini turistlər təşkil edib.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 568 398 və ya 17,7% çoxdur. Təkcə sentyabr ayında isə qonşu ölkəyə 892 463 əcnəbi ziyarətçi (+5%) səfər edib. Onların 536 302 nəfəri turist olub ki, bu da illik müqayisədə 9,1% çoxdur. Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 138 790 nəfər olub. İllik müqayisədə bu göstəricidə 9,8% artım qeydə alınıb.