Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

17-10-2018, 08:29 Baxış: 222
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb.
Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidze məlumat verib.
O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-da öz namizədliyini geri götürə bilərdi. Lakin bu günədək namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib.
Odur ki, seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək.
Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.
Prezidentliyə 25 namizəddən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.