Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Zurabişvilinin andiçmə mərasimi bu şəhərdə keçiriləcək

5-12-2018, 15:03 Baxış: 13
Zurabişvilinin andiçmə mərasimi bu şəhərdə keçiriləcək
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində keçiriləcək.
Bunu Zurabişvili özü "İmedi” televiziyasına müsahibəsində deyib.
O, inauqurasiyaya diplomatik münasibətlərin olduğu bütün ölkələrin nümayəndələrinin dəvət ediləcəyini bildirib.
Qeyd edək ki, bundan öncəki bütün andiçmə mərasimlərinin hamısı Tiflisdə baş tutub.
Budəfəki inauqurasiyanın yeri müxalifətin dekabrın 16-da yenidən genişmiqyaslı etiraz aksiyası keçirmək istəyi ilə əlaqədar dəyişdirilib.