Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Stavropolda Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var

6-01-2019, 14:03 Baxış: 37
Stavropolda  Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var
Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. "Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub: "İlkin məlumata görə, 6 nəfər yaralanıb.
Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb".