Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İstanbulda Novruz bayramı qeyd olunub

21-03-2019, 08:31 Baxış: 53
İstanbulda Novruz bayramı qeyd olunub
İstanbulda Novruz bayramı qeyd olunub.
Bayram şənliyi Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə reallaşıb. Tədbirdə dərnəyin sədri Səfər Qaraqoyunlu, İSTAD-ın baş katibi Mətin Yıldırım, Avropa Azərbaycanlılar Konqresinin (AAK) prezidenti Sahil Qasımov çıxışlarında Novruz bayramının tarixindən, ənənələrindən danışıblar.
Bildirilib ki, günümüzə qədər gəlib çıxan Novruz ənənələri dünya mədəni irsinin ən parlaq hissəsidir. İSTAD-ın sədri Səfər Qaraqoyunlu əminliklə bildirib ki, ən qısa zamanda Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək və xalqımız Novruz tonqallarını Dağlıq Qarabağın ən uca zirvələrində alovlandıracaq. İstanbulda yaşayan və çalışan Azərbaycan vətəndaşları, o cümlədən Türkiyə vətəndaşı olan soydaşlarımızın iştirakı ilə keçirilən mərasim geniş konsert proqramı ilə davam etdirilib.
Tədbirdə Azərbaycanı Türkiyədə təmsil edən media nümayəndələrinə ölkəmizlə bağlı həqiqətlərin işıqlandırılmasında xidmətlərinə görə təşəkkürnamələr təqdim olunub.