Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Rusiyada nazir necə həbs edildi? - Detallar

27-03-2019, 10:03 Baxış: 58
Rusiyada nazir necə həbs edildi? - Detallar
Abızov Moskvaya hakimiyyətdəki güc qrupu ilə münasibətlərini yoluna qoymaq üçün gəlmişdi.
FTX onun "Rosnano”nun rəhbəri Anatoli Çubays, Arkadi Dvorkoviç və digərləri ilə danışıqlarını qeydə alıb. Çubays telefon danışığı zamanı Putinlə danışdığını və onun problemlərinin həllində irəlləyiş olmasıyla bağlı Abızovu əmin edib. Dvorkoviç də həmçinin Abızova guya Medvedyevin onun problemlərinin həllinə zəmanət verəcəyini bildirib. Bundan sonra Moskvaya gələncə Abızovu FTX qarşılayıb. O, şokda olub. Rusiyanın eks-naziri Mixail Abızovun həbsi ilə bağlı bu məlumat Teleqram kanallarından birində yerləşdirilib. Bununla bərabər Abızovun həbsinin Baş nazir Dmitri Medvedyevə böyük zərər olacağı vurğulanıb. Belə ki, onun Medvedyevin yaxın adamlarından biri olduğu qeyd edilib. Üstəlik, Abızov Rusiyanın elektrik enerjisi bazarında aparılan reformların əsas təşkilatçısı olub. Abızovun hökumət dairələri, biznesmenlər, onların satın aldıqları şəxslər, həyata keçirdikləri gizli layihələr barədə ən məlumatlı şəxs olduğu bildirilib. Bəzi mənbələr Abızovdan sonra FTX-nın hədəfinin Yeltsin dönəminin kadrlarından olan Anatoli Çubays olacağını vurğulayıblar.
Qeyd edək ki, Abızov 2012-2018-ci illərdə açıq hökumət fəaliyyətinin koordinasiyası üzrə nazir olub.
2018-ci ildə bu vəzifənin ləğvindən sonra Abızov İtaliyaya gedib və bütün fəaliyyətini buradan həyata keçirib.