Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Gürcüstanda yeniyetmə oğlanların 56, qızların isə 44 faizi onlayn qumar oynayır

18-04-2019, 06:38 Baxış: 41
Gürcüstanda yeniyetmə oğlanların 56, qızların isə 44 faizi onlayn qumar oynayır
Gürcüstanda 14-18 yaş arasında olan yeniyetmələrin böyük əksəriyyəti onlayn qumar oynayır.
Bu barədə ölkənin qeyri-hökumət təşkilatları məlumat yayıblar.
Məlumatda deyilir ki, QHT-lər ölkədə yeniyetmə və gənclərin asudə vaxtlarını necə keçirməsi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, ölkədə həddi-büluğa çatmamış şəxslərin onlayn qumar oyunlarında iştirakı sürətlə artır. Bu gün ölkədə yeniyetmə oğlanların (14-18 yaş arası) 56 faizi, qızların isə 44 faizi fəal olaraq onlayn qumar oyunlarına qoşulub.
Mütəxəssislər bunun çox təhlükəli olduğunu iddia edirlər. Bildirilir ki, yeniyetmə və gənclərin qumar oynaması ilə bağlı qanunla müvafiq qadağalar mövcud olsa da, bu qadağalar onlayn qumar oyunlarına şamil edilmir.
Bu da yeniyetmələrin onlayn qumar oyunlarına daha çox cəlb olunmasına gətirib çıxarıb.