Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Tbilisidə kütləvi etiraz aksiyası hökumət binası qarşısında başa çatıb

24-06-2019, 09:11 Baxış: 34
Tbilisidə kütləvi etiraz aksiyası hökumət binası qarşısında başa çatıb
Gürcüstanın paytaxtı Tbilisidə kütləvi etiraz aksiyası hökumət adminstrasiyası binasının qarşısında başa çatıb.
Binaya qədər yürüş edən etirazçılar Gürcüstanın Dövlət Himnini oxuyublar, sonra isə üç tələb səsləndiriblər. Etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını, iyunun 20-də etiraz aksiyasında saxlanılmış 305 nəfərin azadlığa buraxılmasını və proporsional seçki sistemi üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Qeyd edək ki, aksiya təşkilatçıları bu gün saat 14:00-da Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına qədər avtomobil yürüşü edəcəklər. Saat 19:00-da etiraz aksiyası parlamentin binası qarşısında davam etdiriləcək. ***00:22 Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları Gürcüstanın hökumət administrasiyası binasına qədər yürüşə başlayıblar. "Report"un yerli bürosu xəbər verir ki, yürüş boyu "Yaşasın Gürcüstan!" və "Get!" şüarları səsləndirilir.
Şəhərdə yağış yağmasına baxmayaraq yürüş davam edir. Hökumət administrasiyası önünə çatan etirazçıların bir qismi "Qaxaria, get!" şüarını səsləndirirlər.
Etirazçılar hökumət binasının qarşısında tələblərini bir daha diqqətə çatdıracaqlar. Etiraz aksiyası iyunun 24-də parlament binasının önündə saat 19:00-da davam etdiriləcək.