Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

İranda güclü zəlzələ oldu

8-07-2019, 12:57 Baxış: 15
İranda güclü zəlzələ oldu
İranın cənub-qərbində yerləşən Huzistan əyalətində rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.
 Anadolu agentliyi xəbər verir ki, yerli vaxtla 11:30-da qeydə alınan yeraltı təkanların episentri Məscidi Süleyman şəhərində yerin 17 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat daxil olmayıb.
Bölgəyə çox sayda xilasedici cəlb edilib. Xatırladaq ki, ötən həftə Kirmanşah vilayətində rixter cədvəli üzrə 3.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sərpol Zəhab rayonunda yerin 8 km dərinliyində yerləşib.
Son günlər İranda seysmik fəallıq artıb. Tikililər əsasən taxtadan olduğu üçün dağıntılar qaçılmaz olur.