Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ - Çox sayda ölü və yaralı var

8-08-2019, 18:40 Baxış: 30
Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ - Çox sayda ölü və yaralı var
Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhərindən 30 kilometr məsafədə yerləşən hərbi hissənin ərazisində güclü partlayış baş verib.
Ria novosti agentliyixəbər verir ki, hadisə zamanı azı 2 nəfər həyatını itirib. 15-ə qədər yaralı var.
Dərhal əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Məlumata görə, partlayış raket qurğusunun sınağı zamanı baş verib.
Hadisənin səbəbləri barədə məlumat yoxdur. Xatırladaq ki, 3 gün əvvəl Krasnoyarsk vilayətində yerləşən Açinsk şəhərindəki hərbi hissədə də güclü partlayışlar baş verib. Artilleriya silahlarının saxlanıldığı anbarda qeydə alınan partlayışlardan sonra güclü yanğın başlayıb.
Ölən və xəsarət alanlar olub.