Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Türkiyədə 6,5 bal gücündə ZƏLZƏLƏ OLDU - Ölkə silsilə yeraltı təkanlarla sarsılır

8-08-2019, 18:53 Baxış: 140
Türkiyədə 6,5 bal gücündə ZƏLZƏLƏ OLDU - Ölkə silsilə yeraltı təkanlarla sarsılır
Türkiyənin Dənizli bölgəsində rixter cədvəli üzrə, 6,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Kandilli rəsədxanası məlumat yayıb.
Yerli vaxtla 14:19-da baş verən yeraltı təkanların episentri Bozqurd rayonunda yerləşib.
Tələfat barədə məlumat yoxdur. Lakin bəzi tikililər dağılıb. Dağıntılar altında insanların olduğu bildirilir. Yaralılar var. Bölgəyə xilasedicilər cəlb edilib.
Qeyd edək ki, bəzi mənbələr zəlzələnin təsir dairəsinin 6 bal gücündə olduğunu açıqlayıb. Əlavə edək ki, bu gün Türkiyədə daha iki zəlzələ qeydə alınıb.
Səhər saatlarında İzmir şəhəri sahillərində rixter cədvəli üzrə 3,4 bal, bir neçə saat sonra isə 4,8 bal gücündə zəlzələ qeydə alınıb.